«APA-Economics»in sığorta şirkətlərinin ödənişlərinin artım tempi üzrə tərtib etdiyi renkinqə əsasən, ilk yeri «Paşa sığorta» şirkəti tutub. Belə ki, bu şirkətin son bir il ərzində risklər üzrə ödənişlərinin həcmi 62,3 dəfə (6125%) artaraq 4,98 mln. manata çatıb. Bu isə respublika üzrə məcmu ödənişlərin 12,3%-i deməkdir.
İlk üçlüyə həmçinin «Fidan Sığorta» (2900%) və «Bakı Sığorta» (1833%) şirkətləri daxil olub.
Qeyd edək ki, bu üçlüyün sığorta ödənişlərinin ümumi həcmi ölkədəki şirkətlər tərəfindən həyata keçirilən sığorta ödənişlərinin məcmu həcminin 14%-nə bərabərdir.
Renkinqdən göründüyü kimi 5 sığorta təşkilatının ödəmələrində azalma müşahidə olunub. Ən çox azalma isə «Günay Anadolu» sığorta şirkətində qeydə alınıb. Bu şirkətin sığorta ödənişlərinin həcmi son bir ildə 75,6% azalıb.
Bununla yanaşı, yanvar-sentyabr aylarında «Nişan Sığorta» şirkətinin ödənişləri sıfıra bərabər olub. Ötən ilin ilk 9 ayında isə şirkət 2 min manat həcmində ödəniş həyata keçirib.
Qeyd edək ki, «Qarant Sığorta» 2007-ci ilin noyabrından, «Qala Sığorta» isə 2008-ci ilin iyul ayından fəaliyyət göstərir.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin artım tempi üzrə tərtib etdiyi renkinq göstərilir:
|
Sığorta təşkilatları
| Sığorta ödənişləri
|
1 | Paşa Sığorta | 6125% |
2 | Fidan Sığorta | 2900% |
3 | Bakı Sığorta | 1833% |
4 | AzSığorta | 1127% |
5 | Əmrah Sığorta | 700% |
6 | AIG Caspian | 700% |
7 | Kavkaz Sığorta | 523% |
8 | BE&G | 491% |
9 | Beynəlxalq Sığorta Şirkəti | 273% |
10 | MBASK | 109% |
11 | A-Group | 95,9% |
12 | Xalq Sığorta | 69,9% |
13 | Star Alliance | 58,8% |
14 | Azərsığorta | 46,5% |
15 | Azərbaycan Sənaye Sığorta | 41,9% |
16 | Standard İnsurance | 40,0% |
17 | Azalsığorta | 33,3% |
18 | Atəşgah | 29,4% |
19 | Alfa Sığorta | 22,2% |
20 | Başak-İnam | 8,7% |
21 | AtaSığorta | - 4,3% |
22 | Thames Insurance Group | - 9,4% |
23 | Azərqarant | - 31,3% |
24 | Era Trans | - 75,2% |
25 | Günay Anadolu | - 75,6% |
26 | Qarant Sığorta | - |
27 | Nişan Sığorta | - |
28 | Qala Sığorta | - |
Qeyd: Cədvəl Maliyyə Nazirliyinin təcili məlumatları əsasında hazırlanıb.