Bank Of Baku

«KredoBank» son bir ildə xalis mənfəətini 11 dəfə artırıb

«KredoBank» son bir ildə xalis mənfəətini 11 dəfə artırıb
# 21 oktyabr 2008 08:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «KredoBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 29,573 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 42% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 81% genişlənərək 6,679 mln. manata, kredit portfeli 54,3% artaraq 21,312 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 70% artaraq 6,564 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 35,7% artaraq 14,648 mln. manat, o cümlədən nizamnamə kapitalı 23,7% artaraq 13,040 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,7% artaraq 4,846 mln. manat, xərcləri isə 40,2% artaraq 3,780 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 10,8 dəfə artaraq 1,367 mln. manat, xalis mənfəəti isə 10,6 dəfə artaraq 1,066 mln. manat təşkil edib.
Bundan başqa, bu müddət ərzində bankın dövlət büdcəsinə ödədiyi vəsaitlərin həcmi 11,6 dəfə artaraq 300,7 min manat olub.
Həmçinin, bankın işçilərinin sayı 15,7% artaraq 125 nəfər, işçilər üçün orta aylıq əmək haqqı isə 32,5% artaraq 159 manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» SKB 1994-cü ildə yaradılıb. Hazırda bankın respublika üzrə 9 filialı, 16 mübadilə məntəqəsi, 5 bankomatı və 2 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR