Bank Of Baku

Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramı təşəbbüsünü inkişaf etdirmək məqsədilə yeni mexanizmlər hazırlayacaq

Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramı təşəbbüsünü inkişaf etdirmək məqsədilə yeni mexanizmlər hazırlayacaq
# 21 oktyabr 2008 09:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda səfərdə olan Avropa Komissiyasının xarici əlaqələr üzrə baş direktorunun müavini və regional əməkdaşlıq üzrə baş məsləhətçi Yanos Hermanla görüşüb.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda Azərbaycanın Avropa İttifaqı ilə sıx əməkdaşlıq etdiyini bildirən H.Babayev Avropa məkanına inteqrasiyanın Azərbaycanın xarici siyasətinin prioritetlərindən olduğunu qeyd edib: «Bu istiqamətdə ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü istiqamətində həyata keçirilən tədbirlər xüsusilə əhəmiyyətlidir».
Azərbaycanın ÜTT-yə üzvolma prosesinin sürətləndiyini vurğulayan nazir qeyd edib ki, bu ilin may ayında Cenevrədə işçi qrupunun 5-ci iclası keçirilib və iclasın nəticələri Azərbaycan üçün uğurlu olub: «Azərbaycanın ÜTT-yə üzv olması üzrə işçi qrupunun növbəti, 6-cı iclasının bu ilin sonunadək keçirilməsi nəzərdə tutulur».
Y.Herman isə öz növbəsində Azərbaycanda müxtəlif sahələrdə əldə olunmuş uğurların təmsil etdiyi qurumun diqqət mərkəzində olduğunu vurğulayıb və qeyd edib ki, Şərqi Avropa ölkələri kimi, Cənubi Qafqaz regionu da Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıdır. Bunu nəzərə alaraq, Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlıq Proqramı adlı yeni bir təşəbbüs irəli sürülüb. Bu təşəbbüs çərçivəsində azad ticarət, işçi qüvvəsinin qarşılıqlı hərəkəti, infrastrukturun inkişafı, ətraf mühitin qorunması və digər sahələrə diqqət artırılacaq: «Təşəbbüsün 2013-cü ilədək davam etdirilməsi nəzərdə tutulur və Avropa İttifaqı bu təşəbbüsü inkişaf etdirmək üçün yeni mexanizmlər hazırlamaq niyyətindədir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR