Bank «Nikoil» Azərbaycanda xüsusi kredit kampaniyasına başlayıb
21 oktyabr 2008 11:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankı (SİB) qarşıdan gələn yeni il bayramı münasibəti ilə xüsusi kredit kampaniyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində potensial müştərilər illik 18% dərəcəsindən başlayaraq istənilən məqsədlər üçün 1 il müddətinə kredit ala bilərlər. Kampaniyanın şərtlərinə görə, müştəriyə istənilən məbləğdə kredit ayrıla bilər, lakin əsas diqqət müştərinin xüsusi keyfiyyətləri və biznesinin cari vəziyyətinə yetirilir.
Qeyd edək ki, kampaniya bu ilin dekabr ayının 30-dək davam edəcək.
Xatırladaq ki, təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» SİB 1997-ci ildən fəaliyyət göstərir.
Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 337,499 mln. manat, kredit portfeli 150,752 mln. manat, depozit portfeli 72,344 mln. manat, məcmu kapitalı 29,916 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,5 mln. manat olub. Hazırda bankın respublika üzrə 10 filialı, 14 bankomatı və 61 POS-terminalı fəaliyyət göstərir.

Maliyyə
Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib
17:05
6 may 2024
Unibank kredit faizini aşağı salıb, kredit məbləği və müddəti artırıb
15:56
6 may 2024
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
15:47
6 may 2024
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
14:48
6 may 2024