Azərbaycanda sığortalanmış bank əmanətlərinin həcmi 1,462 mlrd. manata çatıb
22 oktyabr 2008 09:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) üzv banklardan 2008-ci ilin III rübü üzrə təqvim haqlarını toplayıb. ƏSF-dən «APA-Economics»ə verilən məlumata görə, təqvim haqları 918 min manat, 911 min ABŞ dolları, 153 min avro təşkil edib.
İştirakçı bankların Fondun reyestrinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə birlikdə bütün daxil olan məbləğ 8,897 mln. manat təşkil edir.
Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1,731 mlrd. manata, o cümlədən qorunmayan əmanətlər 268 mln. manata, qorunan əmanətlər isə 1,462 mlrd. manata çatıb. Vəsaitləri qorunan əmanətçilərin sayı isə 1 275 540 nəfərdir.
Xatırladaq ki, ƏSF 2007-ci ilin avqustun 13-də fəaliyyətə başlayıb. Ölkədə fəaliyyət göstərən 45 bankdan 38-i fondun üzvüdür. Üzv banklardakı əmanətçilərin əmanətləri Fond tərəfindən 100%, lakin 6 min manat olmaqla sığortalanır. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı isə 10 min manatdır.

Maliyyə
“Naxçıvan Bank”ın müştərilərinə xəbərdarlıq olunub - FOTO
15:50
29 may 2024
Azərbaycanda kredit təşkilatının xalis mənfəəti azalıb
14:47
29 may 2024
ABB-dən tam rəqəmsal təcrübə ilə “İnvoysların maliyyələşdirilməsi”
13:57
29 may 2024
Qırmızı Ürəklər Fondunun şəhid və qazi ailələrinin yaşayış evləri ilə bağlı layihəsi davam edir
12:59
29 may 2024