«Azərbaycan Sənaye Bankı» son bir ildə aktivlərini 33% artırıb

«Azərbaycan Sənaye Bankı» son bir ildə aktivlərini 33% artırıb
# 22 oktyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 75,541 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoyi göstəricidən 32,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın derozit rortfeli 7,4% azalaraq 31,731 mln. manata, kredit rortfeli 94,3% artaraq 33,671 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,8 dəfə artaraq 11,758 mln. manata çatıb. Həmçinin, bankın məcmu karitalı 60,2% artaraq 17,730 mln. manat, o cümlədən nizamnamə karitalı 28% artaraq 12,8 mln. manat təşkil edib.
Qeyd edək ki, yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 8,256 mln. manata, xərcləri isə 3,1 dəfə artaraq 4,846 mln. manata çatıb. Nəticədə, bakın mənfəəti son bir ildə 2,2 dəfə artaraq 3,410 mln. manat olub.
Bank son bir ildə əlavə 3 filial və 3 mübadilə məntəqəsi açıb, həmçinin 11 bankomat və 146 POS-terminal quraşdırıb. Eyni zamanda, bu müddət ərzində bankın işçilərinin sayı təxminən 3 dəfə artaraq 157 nəfər, orta aylıq əmək haqqı isə 2,2 dəfə artaraq 99 manat olub.
Qeyd edək ki, bu ilin ilk 9 ayında bankın dövlət büdcəsinə vergi ödənişlərinin həcmi 2,2 dəfə artaraq 983 min manat təşkil edib.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CIBank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Hazırda bankın resrublika üzrə 5 filialı, 6 mübadilə məntəqəsi, 18 bankomatı və 167 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR