Bank Of Baku

«AccessBank» son bir ildə aktivlərini 85% artırıb

«AccessBank» son bir ildə aktivlərini 85% artırıb
# 22 oktyabr 2008 13:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankının (əvvəlki Azərbaycan Mikromaliyyələşdirmə Bankı) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 187,532 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 84,7% çoxdur.
«AccessBank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 95,2% genişlənərək 17,208 mln. manata, kredit portfeli 2 dəfə artaraq 158,718 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,1 dəfə artaraq 15,118 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 2,2 dəfə artaraq 39,665 mln. manat, o cümlədən nizamnamə kapitalı 81,8% artaraq 20 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 23,574 mln. manat, xərcləri isə 79% artaraq 14,242 mln. manat olub. Nəticədə, bankın mənfəəti 3,1 dəfə artaraq 9,333 mln. manata çatıb.
Son bir ildə bank əlavə 5 filial açıb, 6 bankomat və 20 POS-terminal quraşdırıb. Həmçinin, bu müddət ərzində bankın işçilərinin sayı 43,4% artaraq 832 nəfər təşkil edib.
Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərir və bu ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Hazırda bankın respublika üzrə 17 filialı, 20 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR