Anatoli Kazakov: «Bakı MDB-nin aparıcı maliyyə mərkəzi olmağa ən real namizədlərdən biridir»
A.Kazakovun sözlərinə görə, hazırda müşahidə olunan maliyyə böhranı indiyədək baş vermiş analoji proseslərin ən genişidir və Amerikada 1930-cu illərin əvvəlində baş verən böhrandan daha sistemli və dərindir: «Hesab edirdik ki, Şərqi Avropa və MDB dünya maliyyə böhranının tendensiyalarından kənarda qalacaq, lakin belə olmadı. Həmçinin o ölkələr ki, dünya maliyyə sisteminə daha sıx inteqrasiya olunub, orada böhran daha kəskin şəkildə özünü büruzə verir. Belə ki, passivlərin 50%-ə yaxını xarici maliyyə kapitalının payına düşən Qazaxıstan və Ukrayna bazarlarında vəziyyət daha ciddidir. Rusiya iri valyuta ehtiyatlarına malikdir, ona görə iqtisadi böhran üçün əsaslar yoxdur. Azərbaycandan isə bu böhran isə tamamilə yan keçəcək. Bu da ölkədə yeridilən konservativ pul-kredit və bank siyasəti ilə bağlıdır».
A.Kazakovun fikrincə, hazırkı maliyyə böhranı hələ bir il davam edə bilər. Hazırda dünya maliyyə sisteminin qaydalarının tam dəyişdirilməsi zəruridir: «Bu yaxınlarda G-20-nin iclası keçiriləcək, biz də bu məsələləri MDB miqyasında müzakirə edəcəyik. Əsas məsələlərdən biri ölkələr arasında dollar və avroda aparılan hesablaşmaların milli valyutalara keçirilməsidir, yəni milli valyutaların həm maliyyə sistemində, həm də xarici ticarətdə rolunun artırılmasıdır. Bu məsələ ətrafında müzakirələr üçün konfransda xüsusi sessiya həsr olunacaq».
Həmçinin, 2020-ci ilə qədər Moskvada Beynəlxalq Maliyyə Mərkəzinin yaradılması nəzərdə tutulur. «Ümumilikdə, MDB məkanında bir neçə belə mərkəzin yaradılması planlaşdırılır və Bakı ən real namizədlərdən biridir. Çünki Azərbaycan iqtisadi cəhətdən görünməmiş inkişaf templəri nümayiş etdirir. Bizim ölkələrin iqtisadiyyatları neftdən çox asılıdır və innovasiya əsaslı iqtisadiyyata keçid zəruridir. Bu məsələ noyabrın 14-də Moldovada keçiriləcək MDB ölkələri hökumət başçılarının iclasında müzakirə olunacaq», - deyə A.Kazakov bildirib.
MDB-nin Maliyyə-Bank Şurasının baş direktoru P.Nefidov isə öz çıxışında təmsil etdiyi qurumun 13 təsisçisinin olduğunu bildirib: «Təsisçi bankların hamısı MDB-nin ən iri bank təşkilatları hesab olunur, o cümlədən, Qazaxıstanın «TuranAlem»i, Azərbaycan Beynəlxalq Bankı, Rusiyanın «Vneshekonombank»ı və digərləri».
P.Nefidovun sözlərinə görə, Bakıda bank konfransının təşkili ideyası yazda meydana gəlib. İndi bu cür konfranslar keçirilsə də, onların məqsədi əsasən xarici kapitalların cəlb edilməsi ilə bağlı olur: «Biz MDB banklarının qonşu bazarlara çıxışını zəruri hesab edirik. Bu konfransa bununla əlaqədar vahid maliyyə alətlərinin müzakirəsi aparılacaq. Hər il keçirilməsi planlaşdırılan konfransda MDB banklarının birinci şəxslərinin iştirakı gözlənilir».
F.Abdullayevin sözlərinə görə, belə konfransın Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan çox ciddi iqtisadi artım nümayiş etdirir. Azərbaycan iqtisadi artım üzrə dünyada liderdir: «Belə konfransın keçirilməsinin aktuallığı böyükdür, hazırda böhran nəticəsində banklarda likvidlik problemi var, buna görə birgə müzakirə zəruridir».
Qeyd edək ki, konfransın təşkilatçısı MDB Bank-Maliyyə Şurası, baş sponsoru isə Azərbaycan Beynəlxalq Bankıdır.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
FHN-in xilasediciləri yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaşı xilas edib - VİDEO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb
Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib
Səfir: Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri ilə bağlı konfrans keçirilib
Sabahın hava proqnozu: Bakıda yağış yağacaq
Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 749 faizini təşkil edib
Binədə mağazada yanğın baş verib - VİDEO
Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO
İran: Əfqanıstanla sərhəddə silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib
Müvəqqəti işlər vəkili: ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
Apreldə çiyələk ixracı 5 dəfə artıb
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
İran milli komandasının bəzi üzvləri və məsul şəxsləri ABŞ-dan viza ala bilməyib
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib - VİDEO - FOTO
Borca görə axtarışda olan 111 nəfər saxlanılıb
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Leninqrad vilayəti üzərində 140-dan çox Ukrayna dronu vurulub
Azərbaycan nefti 99 dollar səviyyəsində ticarət olunur
"Bitcoin"in qiyməti 61 min dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb
Nyu-York birjasında təbii qazın qiyməti azalıb