Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanda işçilərin orta aylıq əmək haqqı 23% artıb

Yanvar-sentyabr aylarında Azərbaycanda işçilərin orta aylıq əmək haqqı 23% artıb
# 24 oktyabr 2008 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,1% artaraq 256,9 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.
Cari ilin yanvar-avqust aylarında müəssisə və təşkilatlarda işçilərə 9,2 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, emal sənayesi, nəqliyyat, anbar təsərrüfatı və rabitə, tikinti sahələrində çalışan işçilər alıb.
Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 125,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 243 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR