Bank Of Baku

Bu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 33 740 166,8 min dollar müsbət saldo yaranıb

Bu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 33 740 166,8 min dollar müsbət saldo yaranıb
# 25 oktyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov –APA. Bu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 33 740 166,8 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə Azərbaycandan 38 970 836,8 min dollar dəyərində mal ixrac, 5 230 670 min dollar dəyərində mal isə idxal edilib. Ölkəyə həmçinin 26 158,4 min dollar dəyərində 3 764,8 ton əmtəə dövlət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız yardım daxil olub. Ötən ilin müvafiq dövrünə nisbətən ixrac əməliyatlarının həcmi 8,2 dəfə, idxal isə 33,79% artıb.
Müvəqqəti ixrac rejimində Azərbaycandan 276 612,5 min dollar dəyərində mal ixrac edilib, 369 179,1 min dollar dəyərində mal isə idxal olunub.
İxracın 92,90%-ni xam neft, 4,11%-ni neft məhsulları, idxalın isə 30,74%-ni maşınlar, elektrik avadanlıqları və onların ehtiyat hissələri, 18,09%-ni nəqliyyat vasitələri və onların hissələri, 11,66%-ni isə ərzaq məhsulları təşkil edib.
Azərbaycanın mal ixrac etdiyi ölkələr sırasında birinci üç yeri İtaliya (40,01%), ABŞ (12,53%), İsrail (7,62%), mal idxal etdiyi ölkələr sırasında isə Rusiya (18,33%), Türkiyə (11,27%) və Ukrayna (8,25%) tutub.
Bu ilin yanvar-sentyabr aylarında xarici ticarətlə 10 057 hüquqi və fiziki şəxs məşğul olub. İxracda dövlət sektorunun payı 36,15%, özəl sektor 63,59%, fiziki şəxslər 0,25% olub. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 23,80%, 71,14% və 5,06% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR