Azərbaycan ərazisindən keçirilən tranzit yüklərin miqdarı 13,70% artıb
25 oktyabr 2008 09:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 76 321,9 min ton yük daşınıb. Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, bu 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Daşınan yüklərin i69 140,2 min tonu ixrac, 7 181,6 min tonu isə idxal əməliyyatlarının payına düşüb.
Hesabat dövründə tranzit olaraq Azərbaycan ərazisindən 4 885,1 ton yük keçirilib. Bu tranzit yüklərin 1 824,8 min tonu İtaliyaya, 1 362,4 min tonu İsveçrəyə, 714,9 min tonu Gürcüstana, 258,9 min tonu Tacikstana, 147,7 min tonu İrana, 164,1 min tonu Türkmənistana, 158,2 min tonu Türkiyə, 128,6 min tonu Rusiya, 32,1 min tonu isə Qazaxıstana göndərilib. Azərbaycan ərazisindən keçən tranzit yüklərin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,70% çox olub.

Maliyyə
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır
17:05
8 may 2024
BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb
17:01
8 may 2024
Azərbaycanla Türkiyə arasında ticarətin asanlaşdırılmasına dair Ortaq işçi qrupu yaradılacaq
16:41
8 may 2024
Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
14:55
8 may 2024