Azərbaycanda keçirilən son pul hərracında 2 ASC-nin səhmləri satılıb
27 oktyabr 2008 08:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın 21-də Bakıda keçirilmiş 484-cü pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) məlumat verilib.
Bunlar Bakı şəhərində yerləşən «Orbita Salon» və «Mərkəz» səhmdar cəmiyyətləridir. Hər iki səhmdar cəmiyyətinin nizamnamə kapitallarının həcmi 1 224 620 manat, buraxılmış səhmlərinin ümumi sayı 612 310 ədəd, bir səhmin nominal qiyməti 2 manatdır. Satışa çıxarılmış səhmlərin ümumi sayı 155 285 ədəd, satışa çıxarılmış səhmlərin ümumi nominal dəyəri 310 570 manat, ilkin hərrac qiyməti isə 155 285 manat təşkil edib. Satışa çıxarılmış səhmlərin hamısı satılıb.

Maliyyə
Unibank "Yaşıllayihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
15:12
1 may 2024
Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek
13:48
1 may 2024
Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir
12:38
1 may 2024
AMB sədri xarici valyutaya tələbin artmasının səbəblərini açıqlayıb
12:09
1 may 2024