Bank Of Baku

Azərbaycan gələn il xarici dövlət borcunun ÜDM-yə nisbətini azaldacaq

Azərbaycan gələn il xarici dövlət borcunun ÜDM-yə nisbətini azaldacaq
# 27 oktyabr 2008 14:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın xarici dövlət borcu 2009-cu ildə ÜDM-nin 5,2%-ni təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən açıqlanılıb. Cari il üçün isə BVF Azərbaycanda xarici borcun ÜDM-yə nisbətinin 5,4% səviyyəsində olacağını proqnozlaşdırır.
Eyni zamanda, BVF Azərbaycanda ÜDM-nin 2008-ci ildə 53,3 mlrd. ABŞ dolları, 2009-cu ildə isə 68 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırır. Yəni, Azərbaycanın xarici dövlət borcu mütləq rəqəmlərlə 2008-ci ildə 2,88 mlrd. dollar, 2009-cu ildə 3,54 mlrd. dollar təşkil edəcək.
Qeyd edək ki, BVF bu göstərici üzrə proqnozlarını bir neçə ölkə üzrə hazırlayıb. Lakin son hazırda yaşanan dünya maliyyə və iqtisadi böhran nəticəsində ölkələrin bir qismi xarici borclanmanı artırmaq məcburiyyətində qalıb. Azərbaycanın hökumət rəsmilərinin böhranın ölkəmizdən yan keçməsi barədə bəyanatlarını nəzərə alaraq, qeyd etmək olar ki, Azərbaycanda xarici borclanma kəskin artmayacaq. Beləliklə, xarici borclar üzrə BVF-nin proqnozlarının bəzi ölkələr üzrə reallığı tam əks etdirmədiyi görünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR