«Texnikabank» gələn ilin iyun ayından tam «Temenos» proqram təminatına keçəcək
28 oktyabr 2008 07:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin iyun ayından tam rejimdə «Temenos» proqram təminatı əsasında işləməyə başlayacaq. Bu barədə «APA-Economics»ə «Texnikabank» SKB-dən məlumat verilib.
Cari ilin iyul ayından proqramın tətbiqi üzrə işlərə başlayan «Texnikabank» SKB hazırda bu istiqamətdə işləri davam etdirir. Proqram gələn ilin aprel ayında test rejimində işə salınacaq.
«Temenos» proqramının tətbiqinə dair «Texnikabank» SKB ilə İsveçrənin «Temenos» şirkəti arasında müqavilə 2008-ci ilin iyul ayının 2-də imzalanıb. Adıçəkilən proqram artıq Azərbaycan Milli Bankı, «Bank Standard» və «AGBank» tərəfindən tətbiq edilir.
Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbə, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir.

Maliyyə
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
17:09
7 may 2024
Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
15:00
7 may 2024
Vüqar Bayramov: İqtisadi uğurlarımızın, suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir
11:51
7 may 2024
Bu günə olan valyuta məzənnələri
09:19
7 may 2024