Bank Of Baku

Naxçıvanda adambaşına düşən ÜDM-in həcmi 35% artıb

Naxçıvanda adambaşına düşən ÜDM-in həcmi 35% artıb
# 28 oktyabr 2008 07:10 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında (MR) adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi artaraq 1368 manata çatıb. Naxçıvan MR Dövlət Statistika Komitəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 35% çoxdur.

Komitədən onu da bildiriblər ki, artım paralel olaraq bütövlükdə MR-də ÜDM-in həcmində də özünü göstərib. Belə ki, cari ilin 9 ayında MR-də ÜDM-in həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz (müqayisəli qiymətlərlə) artaraq 528 milyon 185 min manat təşkil edib.

Ötən il bu rəqəm 398 milyon 929 min manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR