Bank Of Baku

Gələn il Bakıda İpək Yolu ölkələri arasında ticarətin inkişafı və asanlaşdırılmasında gömrük xidmətlərinin roluna dair konfrans keçiriləcək

Gələn il Bakıda İpək Yolu ölkələri arasında ticarətin inkişafı və asanlaşdırılmasında gömrük xidmətlərinin roluna dair konfrans keçiriləcək
# 29 oktyabr 2008 11:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Gələn il Bakıda «İpək Yolu ölkələri arasında ticarətin inkişafı və asanlaşdırılmasında gömrük xidmətlərinin rolu» mövzusunda beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, tədbirin Bakıda keçirilməsinə dair qərar bu günlərdə Antalyada (Türkiyə) keçirilən eyni adlı beynəlxalq konfransda qəbul edilib.
Tədbirin çıxış edən ekspertlər vurğulayıblar ki, tarixi İpək Yolunun canlandırılması bu dəhlizdə yerləşən ölkələrdə ticarətin inkişafına imkan yaradacaq, gömrük xidmətlərinin işi artacaq. Antalya konfransında İpək Yolunda daşımaçılığın asanlaşdırılması, gömrük prosedurlarına baxılması, perspektiv planlar və s. müzakirə olunub.
Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR