Bank aktivlərinin strukturunda əsas yeri müştərilərə verilən kreditlər (xalis həcmi) tutur. Aktivlərin bu təsnifat qrupuna 6 304,3 mln. manat və ya aktivlərin 63,59%-i aiddir. Bu göstərici üzrə illik artım tempi 80,6% təşkil edib.
Ümumilikdə isə, bank aktivlərinin strukturu aşağıdakı kimi olub:
Cari ilin oktyabrın 1-nə bank passivlərinin 84,3%-i öhdəliklərin payına düşüb, bu da mütləq ifadədə 8 357,2 mln. manata bərabərdir. Bu göstərici il ərzində 71,9%, ilin əvvəlindən isə 48,5% artıb.
Öhdəliklərin 48,1%-i və ya 4 019,9 mln. manatı depozitlərin payına düşüb. Eyni zamanda, maliyyə sektorundan alınan kredit və depozitlərin həcmi 3 122,7 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün analoji göstəricisindən 2,25 dəfə çoxdur. Bankların məcmu kapitalının həcmi isə 1 556,6 mln. manat təşkil edib və bu göstəricinin illik artımı 62,2%-ə bərabər olub.
Ümumilikdə, bank passivlərinin strukturu aşağıdakı kimi olub: