Bank Of Baku

«Qala Sığorta» şirkəti gələn il ilk regional filialını açacaq

«Qala Sığorta» şirkəti gələn il ilk regional filialını açacaq
# 30 oktyabr 2008 07:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkəti 2009-cu il ərzində Gəncə şəhərində ilk regional filialını açmaq niyyətindədir.
Şirkətin İdarə Heyətinin sədri Abbas Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, növbəti ildə Bakıda filialın açılması nəzərdə tutulmayıb: «Dünyada baş verən maliyyə böhranı Azərbaycanın sığorta bazarına az da olsa, mənfi təsir göstərib. Qeyd etmək istəyirəm ki, maliyyə bazarındakı çətinliklərlə bağlı şirkətlər arasında rəqabət daha da güclənə bilər. Bu baxımdan da şirkətin daha çox filial açması bazardakı cari vəziyyətdən asılı olacaq».
A.Babayev həmçinin qeyd edib ki, növbəti il ərzində şirkətin nizamnamə kapitalında artım nəzərdə tutulmur. Şirkətin nizamnamə kapitalının artırılması «Sığorta fəaliyyəti haqqında» qanun tələblərinə uyğun qaydada artırılacaq. Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.
Xatırladaq ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri sırasına «AzRe» təkrarasığorta şirkəti (60%) və 1 nəfər fiziki şəxs (40%) daxildir. Cari ilin III rübündə şirkətin topladığı sığorta haqlarının həcmi 20 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR