«KapitalBank» 2010-cu ilədək aktivlərini 19% artıracaq
30 oktyabr 2008 09:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapitalbank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu ilədək aktivlərinin həcmini 18,8% artıraraq 500 mln. manata çatdıracaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il üçün aktivlərin həcmi 450 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 422 mln. manat təşkil edib. Yanvar-sentyabr aylarında bankın gəlirləri 44 mln. manat olub ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 67,3% çoxdur. Eyni zamanda, bankın xalis mənfəəti 6,2 mln. manat olub ki, bu da müvafiq proqnozdan 35% çoxdur.
Xatırladaq ki, cari ilin 9 ayı ərzində bankın gəlirlərinin 47%-i əməliyyat gəlirlərinin payına düşüb.
Qeyd edək ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Əvvəllər 100% dövlətə məxsus olan bu bankın özəlləşdirlməsi nəticəsində «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) «Kapitalbank»ın səhmdarı olub. Hazırda bankın respublika üzrə 90 filialı, 267 bankomatı və 443 POS-terminalı fəaliyyət göstərir.

Maliyyə
Kapital Bank-ın Laçın filialının açılışı baş tutub
17:45
7 may 2024
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
17:09
7 may 2024
Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
15:00
7 may 2024
Vüqar Bayramov: İqtisadi uğurlarımızın, suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir
11:51
7 may 2024