Bakıda Azərbaycanın bir sıra dövlət qurumu üçün «Layihələrin tərtibi və maliyyələşdirilməsi» üzrə təlim kursları keçirilir
30 oktyabr 2008 11:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda (İİETİ) USAİD-in «Dövlət xərcləri islahatlarına dəstək Layihəsi» çərçivəsində «Layihələrin tərtibi və maliyyələşdirilməsi» üzrə təlim kurslarına start verilib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, kurslarda Azərbaycan Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Tarif Şurası, Maliyyə, Sənaye və Energetika, Nəqliyyat, Fövqəladə Hallar, Səhiyyə, Təhsil nazirliklərinin, Azərbaycan İnvestisiya Şirkətinin, Milli Elmlər Akademiyası Torpaqşünaslıq İnstitutunun, «Azərsu» QSC-nin mütəxəssisləri, İİETİ əməkdaşları iştirak edirlər.
Təlim kurslarını layihələrin tərtibi və qiymətləndirilməsi sahəsində dünyanın tanınmış mütəxəssislərindən olan «Kambridge Resources International» şirkətinin prezidenti professor Qlen Cenkins aparır.

Maliyyə
Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub
21:34
26 aprel 2024
ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib
15:26
26 aprel 2024
Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb
15:13
26 aprel 2024
Azərbaycan 2.3 mlrd. dollarlıq 22 layihə ilə bağlı tərəfdaşlarla aparır
14:59
26 aprel 2024