Azərbaycanda bank kapitalının adekvatlıq əmsalı azalıb
31 oktyabr 2008 09:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları üzrə məcmu kapitalın adekvatlıq əmsalı 2008-ci ilin oktyabr ayının 1-nə 17,7% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici il ərzində 2 faiz bəndi azalıb.
Məcmu kapitalın adekvatlıq əmsalı məcmu kapitalın məcmu aktivlərə nisbətini əks etdirir və bankın maliyyə dayanaqlığı, risklərə və aktivlərin itkilərə davam gətirmək imkanlarının qiymətləndirilməsi üçün istifadə olunur.
Qeyd edək ki, Bazel Komitəsinin təlimatlarına uyğun olaraq, kapitalın adekvatlıq əmsalı hesablanarkən 100% risksiz olan aktivlər nəzərə alınmır. Belə ki, nağd pullar üzrə risk dərəcəsi sıfıra bərabərdir, müxbir hesablar üzrə risk daha artıqdır, kreditlər isə ən riskli aktivlər sayılır.
Azərbaycanda aktivlərin təxminən 22%-ni risksiz aktivlərə aid etmək olar. Bura nağd pullar, müxbir hesablar və investisiyalar daxildir. Adətən, investisiyalar 100%-li riskə malik olur, lakin Azərbaycanda bank investisiyaların əksər hissəsi dövlət qiymətli kağızlara yönəldilmiş sərmayələrdir ki, onlar da risksiz aktivlər hesab olunur.
Beləliklə, Azərbaycanda kapitalın adekvatlıq əmsalı azalmasına baxmayaraq, yüksək səviyyədədir. Eyni zamanda, bu əmsalın il ərzində kəskin dəyişməməsi müsbət göstəricidir - kapitalın və aktivlərin artması paralel gedir. Yəni, banklar aktivlərini genişləndirməklə yanaşı kapitallaşmanın səviyyəsini də adekvat şəkildə artırır.

Maliyyə
Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib
17:05
6 may 2024
Unibank kredit faizini aşağı salıb, kredit məbləği və müddəti artırıb
15:56
6 may 2024
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
15:47
6 may 2024
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
14:48
6 may 2024