Bank Of Baku

«PricewaterhouseCoopers»: Maliyyə böhranı nəticəsində inkişafda olan dövlətlərin dünya iqtisadiyyatında payı xeyli artacaq

«PricewaterhouseCoopers»: Maliyyə böhranı nəticəsində inkişafda olan dövlətlərin dünya iqtisadiyyatında payı xeyli artacaq
# 01 noyabr 2008 08:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya iqtisadi böhranı nəticəsində inkişafda olan ölkələrin dünya iqtisadiyyatındakı rolu 50%-dək artacaq. «APA-Economics»in məlumatına görə, bu proqnozla dünyanın ən iri konsaltinq şirkətlərindən biri olan «PricewaterhouseCoopers» çıxış edib.
Şirkətin ekspertləri hesab edirlər ki, inkişaf etmiş ölkələrdə genişlənən iqtisadi geriləmə nəticəsində Qərb dövlətləri iqtisadi lider mövqelərini itirəcək. Proqnozlara əsasən, yaxın illərdə ABŞ dünyada ən iri iqtisadiyyata malik olan ölkə mövqeyini qorusa da, onun dünya ÜDM-sində payı indiki 21,3%-dən 18,8%-dək enəcək. Hazırda ikinci yeri tutan Avrozona üçüncü yerə enəcək, onun yerini isə Çin iqtisadiyyatı tutacaq. Yaponiya və Hindistan isə müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşdürəcək. Ümumilikdə, inkişafda olan «Böyük dördlüyün», yəni Braziliya, Rusiya, Çin və Hindistanın dünya ÜDM-sində payı 26,5% təşkil edəcək.
Beləliklə, dünya iqtisadiyyatının infrastrukturu, pay bölgüsü və bununla bağlı iqtisadi-siyasi çəki Qərbdən Şərqə transfer edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR