Bank Of Baku

Oktyabr ayında neft 33% ucuzlaşıb, avro isə bahalaşmağa başlayıb

Oktyabr ayında neft 33% ucuzlaşıb, avro isə bahalaşmağa başlayıb
# 01 noyabr 2008 09:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında neftin qiyməti 1,85 dollar və ya 2,8% yüksələrək 67,81 dollara çatıb.
«APA-Economics»in məlumatına görə, həftə ərzində neft 3,66 dollar və ya 5,4% bahalaşıb. Bu, son zamanlar ilk həftəlik yüksəliş olsa da, onun tempi neftin qiymətinin artmasında maraqlı olanlar üçün qane edilən səviyyədə olmayıb. Ümumilikdə isə, oktyabr ayında neft 32,6% ucuzlaşıb. Eyni zamanda, məhz oktyabrda OPEC öz fövqəladə iclasında neft hasilatının azaldılmasına dair qərar qəbul edib. Lakin dünyada yaşanan iqtisadi geriləmə və bunun nəticəsi olaraq istehsalın və neftə tələbatın azalma proqnozları bu qərarın əhəmiyyətini kəskin azaldıb. Qeyd edək ki, OPEC-in növbəti iclası dekabra planlaşdırılsa da, neftin qiymətinin dinamikası toplantının daha tez keçirilməsi və neft hasilatın yenidən azaldılmasına səbəb ola bilər.
Neftin qiyməti ilə paralel bu həftə ərzində avronun dollara qarşı məzənnəsi son zamanlar ilk dəfə olaraq yüksəlib. Artım tempi isə 1,98% təşkil edib. Lakin qeyd olunmalıdır ki, həftə ərzində avronun dinamikası çox dəyişkən olub. Neftin qiyməti və avronun məzənnəsinin dinamikasının paralel olması da təsadüfi deyil, çünki bu göstəricilər bir-biri ilə çox əlaqəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR