Bank Of Baku

Azərbaycanda məcmu bank kapitalı son bir ildə 62% artıb

Azərbaycanda məcmu bank kapitalı son bir ildə 62% artıb
# 04 noyabr 2008 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının məcmu kapitalı 2008-ci ilin oktyabr ayının 1-nə 1 556,6 mln. manat təşkil edib.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumatına görə, bu göstərici il ərzində 596,89 mln. manat və ya 62,2%, cari ilin əvvəlindən isə 458,49 mln. manat və ya 41,8% artıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayının 1-nə olan göstəricilərlə müqayisədə kapitalın bank passivlərində xüsusi çəkisi üzrə azalma tendensiyası müşahidə olunur. Belə ki, ötən ilin oktyabr 1-nə bu göstərici 16,49% təşkil edirdisə, artıq bu il 0,79 faiz bəndi azalma qeydə alınıb və xüsusi çəki 15,7%-ə düşüb. Müqayisə üçün qeyd edək ki, 2006-cı ilin yekunlarına görə, kapitalın passivlərdə xüsusi çəkisi 15,97%, 2005-ci ilin sonunda isə 17,24% təşkil edib.
Ümumilikdə, kapitalın passivlərdə xüsusi çəkisinin azalması bankların maliyyə dayanıqlığının azalmasını göstərir. Lakin Azərbaycanda bu azalma kiçik səviyyədə olduğuna görə, bankların maliyyə sabitliyi ciddi şəkildə zəifləməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR