Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində kadr islahatlarına başlanılıb

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində kadr islahatlarına başlanılıb
# 04 noyabr 2008 15:14 (UTC +04:00)
Məlumatlı mənbələrdən «APA-Economics»ə bildirilib ki, Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində çalışan Xaliq Məmmədov, Antiinhisar Dövlət Xidmətinin rəisi Elçin Zeynalov və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Aslan Cəfərov tutduğu vəzifəsindən azad edilib.
Qeyd edək ki, bu məlumatı «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyində də təsdiqləyiblər. Hər üç qurumun başçısı vəzifəsinin icrası müvəqqəti olaraq həmin strukturların başçılarının müavinlərinə həvalə olunub.
Qeyd edək ki, ötən həftə dövlət başçısı iqtisadi inkişaf naziri vəzifəsinə vergilər nazirinin I müavini Şahin Mustafayevi təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR