Bank Of Baku

Gələn il Azərbaycan Kredit İttifaqları Assosiasiyasının treninq mərkəzi açılacaq

Gələn il Azərbaycan Kredit İttifaqları Assosiasiyasının treninq mərkəzi açılacaq
# 05 noyabr 2008 06:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) 2009-cu il ərzində treninq mərkəzini yaratmaq niyyətindədir.
AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, treninq mərkəzinin bu ilin sonunadək yaradılması planlaşdırılırdı. Lakin maliyyə vəsaiti çatışmazlığı ilə bağlı mərkəzin yaradılması prosesi bir qədər ləngiyir: «AKİA tərəfindən bu mərkəzin yaradılması ilə bağlı ABŞ Kredit İttifaqları Assosiasiyasına, ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAİD) və Kanadanın Mərkəzi Kredit İttifaqına müraciət olunub. Hazırda həmin təşkilatlar bu layihənin reallaşması üçün maliyyə mənbəyi axtarışındadır».
Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 51-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat təşkil edir.
Dünyada 46 min kredit ittifaqı fəaliyyət göstərir və bunların üzvlərinin sayı 172 mln. nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR