Bank Of Baku

Oktyabrda Azərbaycanda dolların birja məzənnəsi 0,11% yüksəlib

Oktyabrda Azərbaycanda dolların birja məzənnəsi 0,11% yüksəlib
# 05 noyabr 2008 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,11% düşüb.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ABŞ dollarının məzənnəsi 0,8083 AZN-dən 0,8092 AZN-dək artıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi oktyabr ayında 0,8094 AZN-ə bərabər olub. Halbuki, sentyabrda bu göstərici 0,8118 AZN/$1 təşkil edib.
Qeyd edək ki, ilin əvvəlindən manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi 4,25% artıb.
Xatırladaq ki, bu ilin oktyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 23 bankın iştirakı ilə 231,617 mln. manat və ya 286,146 mln. dollar həcmində 104 alqı-satqı əqdi qeydə alınıb. Bu isə sentyabr ayı ilə müqayisədə 81,02% çoxdur. Orta günlük dövriyyə 3,382 mln. dollardan 7,185 mln. dollaradək, hər əqdin orta həcmi isə 2,47 mln. dollardan 2,751 mln. dollaradək artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR