Bank Of Baku

Azərbaycan son bir ildə xarici ticarət dövriyyəsini 5 dəfədən çox artırıb

Azərbaycan son bir ildə xarici ticarət dövriyyəsini 5 dəfədən çox artırıb
# 05 noyabr 2008 06:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 135 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq edərək 44,2 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 39 mlrd. dollarını (88,2%-ni) ölkədən ixrac olunmuş mallar, 5,2 mlrd. dollarını (11,8%-ni) ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 33,8 mlrd. dollarlıq müsbət saldo yaranıb. Keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 5,4 dəfə, o cümlədən ixrac 9 dəfə, idxal isə 33,8% artıb.
İxrac-idxal əməliyyatlarının 53%-i Avropa Birliyi, 6,8%-i MDB ölkələri ilə, 40,2%-i isə digər dövlətlərlə aparılıb. Ümumi dövriyyənin 59,1%-i Avropa, 25,1%-i Asiya, 15,3%-i Amerika, 0,5%-i Afrika qitəsi ölkələrinin, 0,03%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,3%-i) Türkiyə, İtaliya, ABŞ, İsrail, Hindistan, Fransa, Rusiya, İspaniya, Niderland, Birləşmiş Krallıq, İndoneziya və Çili ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR