Bank Of Baku

Azərbaycan paytaxtında «Xalq Bank»ın yeni filialı açılıb

Azərbaycan paytaxtında «Xalq Bank»ın yeni filialı açılıb
# 05 noyabr 2008 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» Səhmdar Kommersiya Bankı (SKB) Bakı şhərində yeni filial açıb. Paytaxtın 28 May küçəsi,17 ünvanında yerləşən «Mərkəz» filialı fərdi və korporativ müştərilərə bank xidmətlərinin bütün spektrini təklif edir.
«Xalq Bank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filialda müştərilərə depozit və əmanətlər, cari və hesablaşma hesabları üzrə əməliyyatlar, sənədli əməliyyatlar, pul köçürmələri, istehlak və biznes kreditləri, plastik kartlar, yol çekləri, kommunal xidmətlər və mobil rabitə üzrə ödəmələr və s. xidmətlər təklif olunur.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 8 filialı və 4 şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» SKB 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 379,752 mln. manat, kredit portfeli 294,414 mln. manat, depozit portfeli 283,847 mln. manat, məcmu kapitalı 46,172 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,550 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR