Bank Of Baku

Bu həftə vergi orqanlarına işə qəbul üzrə test imtahanı keçiriləcək

Bu həftə vergi orqanlarına işə qəbul üzrə test imtahanı keçiriləcək
# 05 noyabr 2008 07:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Vergilər Nazirliyi ilə birgə noyabrın 9-da vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Komissiyadan «APA-Economics»ə verilən məlumata görə, vergi orqanlarında işləmək üçün 858 namizəd müraciət edib. Onların 91-i qadın, 767 nəfəri kişidir. Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə artıq hər iki qurumun birgə təşkilatçılığı ilə 2 529 sualdan ibarət test toplusu dərc edilib. Üç saat davam edəcək imtahanda namizədlərə hüquq və ixtisas sahələri üzrə 80, məntiqə nəticə çıxarmaq qabiliyyətlərini yoxlamaq üçün 20 sual təqdim ediləcək. Namizədlərin hər sualı bir balla qiymətləndiriləcək. İmtahanda 70 və daha çox bal toplayan namizəd müsabiqənin ikinci mərhələsinə buraxılacaq. İmtahan nəticələri həmin gün TQDK-nın İnternet saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR