Bank Of Baku

«Bank of Baku» 15 illik uduş kampaniyasına start verib

«Bank of Baku» 15 illik uduş kampaniyasına start verib
# 05 noyabr 2008 08:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) 15 illik yubileyi ərəfəsində əmanətçilər üçün «15 il Boyunca Qazan» adlı yeni uduş kampaniyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ümumi mükafat fondu 247,5 min manat təşkil edən bu əmanət kampaniyasının əsas müqayisəli cəhəti odur ki, kampaniyada qalib gələn əmanətçilər qazandığı məbləği hər il, 15 il ərzində alacaqlar.
Belə ki, «15 il Boyunca Qazan» əmanət kampaniyasının 15 qalibi 15 il boyunca, hər il 100 manat (cəmi 15 ilə 22,5 min manat), 5 əmanətçi 1 min manat (cəmi 15 ilə 75 min manat), bir əmanətçi isə hər il 10 min manat qazanmaqla, növbəti 15 il ərzində 150 min manata sahib olacaq.
Belə ki, kampaniyada bu ilin noyabr ayının 5-dək cəlb edilmiş bütün əmanətlər və kampaniya ərzində cəlb edilən minimum altı aylıq yeni əmanətlər iştirak edir. İştirak üçün nəzərdə tutulmuş əmanətin minimal məbləği 500 manat (dollar, avro) həddi ilə müəyyən edilib. Hər 500 manat (dollar, avro) əmanətçiyə bir uduş şansı verir.
Qeyd edə ki, «Bank of Baku»nun əməkdaşları bu kampaniyada iştirak etmirlər.
Kampaniya 15 həftə müddətində, bu ilin noyabr ayının 5-dən 2009-cu ilin fevral ayının 10-dək davam edəcək. Uduş tirajı bankın 15 illiyi (14 fevral 2009-cu il) ərəfəsində telekanalların birində canlı efir vasitəsi ilə keçiriləcək. «Bank of Baku»nun əmanət üzrə faiz dərəcələrinin maksimal həddi 21%-dir.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü il fevralın 14-də «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Hazırda bankın respublika üzrə 15 filialı, 2 şöbəsi, 23 bankomatı və 226 POS-terminalı fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 185,149 mln. manat, kredit portfeli 153,773 mln. manat, depozit portfeli 145,616 mln. manat, məcmu kapitalı 25,521 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR