Bank Of Baku

«Honda» şirkətinin Azərbaycandakı rəsmi distribütoru istiqraz emissiyasına hazırlaşır

«Honda» şirkətinin Azərbaycandakı rəsmi distribütoru istiqraz emissiyasına hazırlaşır
# 05 noyabr 2008 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Yenimotors» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sənədsiz adlı faizli istiqrazların emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 100 manat, sayı 40 min ədəd, emissiyanın ümumi həcmi isə 4 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, Yaponiyanın «Honda» avtomobil şirkətinin Azərbaycanda rəsmi distribütoru olan «Yenimotors» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. «Yenimotors» MMC-nin təsisçisi rolunda «Bakı İnvestments Company» şirkəti çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR