Bank Of Baku

Avropa İttifaqı ölkələri maliyyə böhranına qarşı tədbirlər planı hazırlayıb

Avropa İttifaqı ölkələri maliyyə böhranına qarşı tədbirlər planı hazırlayıb
# 05 noyabr 2008 10:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 4-də Avropa İttifaqı (Aİ) ölkələri maliyyə nazirlərinin sammiti keçirilib. «APA-Economics»in «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, sammitin yekunu olaraq təkliflər siyahısı hazırlanıb və noyabrın 11-də Aİ ölkələrinin başçılarına təqdim olunacaq, sonra isə Avropanın vahid mövqeyi kimi noyabrın 15-də G20-nin başçılarına təqdim ediləcək.
Dünya maliyyə sisteminin təkmilləşdirilməsi məqsədi ilə qəbul olunan təkliflər əsasən maliyyə bazarlarının özünütənzimləmə prinsipinə son qoymağa istiqamətlənib. Dövlət tərəfindən minimal tənzimləmə prinsipinin aradan qaldırılmasına yönəldilən tədbirlər ilk növbədə Fransa tərəfindən irəli sürülüb və sammitin bütün iştirakçıları tərəfindən dəstəklənib. Təkliflərin yeganə bəndi - Avropa iqtisadi hökumətinin yaradılması, o cümlədən gələcəkdə böhran şəraitdə Avropanın vahid iqtisadi siyasətlə çıxış etməsi ideyası Almaniyanın təşəbbüsü ilə qəbul olunmayıb.
Beləliklə, dünya maliyyə sisteminin təkmilləşdirilməsi üzrə Avropanın təklifləri maliyyə bazarlarında hesabatlılığın, şəffaflığın və məsuliyyətin, o cümlədən reytinq agentlikləri, banklar, investisiya fondları, onları idarəedənlərin, dövlət məmurlarının məsuliyyətinin artırılmasına istiqamətlənir. Digər tərəfdən iri banklar üzrə nəzarətin gücləndirilməsi, o cümlədən həddindən artıq riskli maliyyə əməliyyatlarına nəzarət üzrə vahid davranış mcəlləsinin qəbul edilməsi təklif olunur.
Avropa təkliflərinin əsas maddələrindən biri də inkişafda olan ölkələrin Beynəlxalq Valyuta Fondunun və ümumilikdə dünya maliyyə sistemində daha fəal iştirak etməsi üçün şəraitin yaradılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR