Bank Of Baku

«AzSığorta» şirkəti bu il xalis mənfəətini təxminən 3 dəfə artıracaq

«AzSığorta» şirkəti bu il xalis mənfəətini təxminən 3 dəfə artıracaq
# 05 noyabr 2008 10:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin 2008-ci il ərzində sığorta daxilolmalarının 10 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2007-ci ilin yekunlarına nisbətən təxminən 2 dəfə çoxdur. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.
X,Məmmədxanlının sözlərinə görə, bu il ərzində sığorta daxilolmaları ilə yanaşı şirkətin xalis mənfəətində də artım gözlənilir. Belə ki, 2008-ci il ərzində şirkətin xalis mənfəətinin ötən ilə nisbətən 2,6 dəfə artaraq 3,1 mln. manata çatacağı gözlənilir.
Qeyd edək ki, şirkət əldə etdiyi mənfəətin çox hissəsini banklara depozit şəklində yerləşdirir.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Bu ilin yanvar-sentyabr aylarında şirkətin sığorta haqlarının həcmi 7,20 mln. manat, ödənişləri isə 1,35 mln. manat təşkil edib. Nizamnamə kapitalı 2 mln. manat olan şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir və respublika üzrə 7 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR