Bank Of Baku

Azərbaycanın birja fond bazarında korporativ qiymətli kağızların xüsusi çəkisi kəskin azalıb

Azərbaycanın birja fond bazarında korporativ qiymətli kağızların xüsusi çəkisi kəskin azalıb
# 05 noyabr 2008 11:35 (UTC +04:00)
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumatına görə, cari ilin yanvar-oktyabr ayları ərzində birjanın ümumi dövriyyəsi 7 357 mln. manat olduğu halda, korporativ bazarının dövriyyəsi 189,4 mln. manat təşkil edib ki, bu da ümumi dövriyyənin 2,6%-nə bərabərdir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə birjanın ümumi dövriyyəsində korporativ qiymətli kağızların xüsusi çəkisi 7,9% təşkil edib. Belə ki, ötən ilin ilk 10 ayında ümumi birja dövriyyəsi 3 816 mln. manat, korporativ qiymətli kağızlar üzrə dövriyyə isə 301,8 mln. manat təşkil edib. Korporativ sektorun xüsusi çəkisinin azalması ilə yanaşı, onun real həcmi üzrə də 37,3% səviyyəsində azalma müşahidə olunub. Bu azalma əsasən səhm bazarında baş verib ki, ilkin bazarda il ərzində dövriyyə 183,4 mln. manatdan 139,6 mln. manata, yəni 23,9%, təkrar bazarda isə 80,8 mln. manatdan 2,6 mln. manata, yəni 96,8% düşüb.
Səhmlər üzrə təkrar bazarda kəskin azalma bu il artıq ənənəvi xarakteri alıb. Qeyd edək ki, əgər ötən ilin 10 ayında bu seqmentin ümumi birja dövriyyəsindəki payı 2,1% təşkil edibsə, bu il həmin göstərici 0,04%-ə enib. Bu göstərici daim aşağı səviyyədə olsa da, hazırkı hədd tarixi minimum hesab olunur.
Qeyd edək ki, mütəşəkkil səhm bazarının bu dərəcədə aşağı enməsinin bir neçə səbəbi var. Onlardan biri səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin aşağı səviyyədə olması ilə bağlıdır. Ümumiyyətlə, mütəşəkkil səhm bazarı səhmdar cəmiyyətlərinin rəhbərliyi və əsasən majoritar səhmdarları öz səhmlərini açıq bazarda dövr etməsində maraqlı olduğu vaxt vaxt geniş inkişaf edə bilər. Hazırda isə Azərbaycanda bağlanılan əqdlərin sayını, qiymətini və sahibini gizli saxlamaq üçün səhmlər üzrə əməliyyatlar birja vasitəsi ilə deyil, qeyri-mütəşəkkil bazarda (notariat kontoru, brokerlər və s.) aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR