Bank Of Baku

Azərbaycan İnvestisiya Şirkəti ölkənin İKT sektoruna müddətli investisiya qoyuluşlarına hazırlaşır

Azərbaycan İnvestisiya Şirkəti ölkənin İKT sektoruna müddətli investisiya qoyuluşlarına hazırlaşır
# 05 noyabr 2008 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ölkənin telekommunikasiya sektoruna müddətli investisiya qoyuluşu imkanlarını araşdırır.
AİŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin noyabr ayının 11-14-də Bakıda keçiriləcək «BakuTel-2008» beynəlxalq sərgisində AİŞ də iştirak edəcək və burada tədbir iştirakçılarına şirkətin fəaliyyəti, layihələri və əməkdaşlıq imkanları haqqında məlumatlar təqdim edəcək.
«Hazırda AİŞ, öz fəaliyyətini genişləndirmək istəyən təşkilatların səhmlərini almaqla, habelə onların nizamnamə kapitalında iştirak payını əldə etməklə, telekommunikasiya sektorunda müddətli investisiya qoyuluşu imkanlarını araşdırır», - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, 2006-cı ildə yaradılan AİŞ «Qaradağ Sement» zavodunun istehsal gücünün artırılmasına dəstək verib, yerli süd məhsulları bazarında aparıcı istehsalçılardan biri olan «Milk-Pro»nun istehsal gücünün və yeni süd zavodunun inşasına kömək edib, yod çatışmazlığı səbəbindən yayılmış xəstəliklərin aradan qaldırılması üçün Masazır qəsəbəsi ərazisində yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə zavodun inşasını dəstəkləyib, quşçuluq sənayesinin aparıcı şirkətlərdən biri olan «Dəvəçi-Broyler»də yeni istehsal texnologiyalarının tətbiqinə təkan verib, ölkənin tranzit imkanlarının genişləndirilməsi məqsədi ilə Səngəçal neft və qaz terminalının tikintisinə qatılıb, yerli bazara daha geniş həcmdə maliyyə xidmətlərini təklif etmək məqsədi ilə Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin yaradılmasında iştirak edib.
Xatırladaq ki, hazırda AİŞ-in nizamnamə kapitalı 90 mln. manat təşkil edir və gələcəkdə bu məbləğ iki dəfə artırılacaq. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən Azərbaycan iqtisadiyyatının qeyri-neft sahələrinə investisiya qoyuluşlarının edilməsi, habelə yerli və xarici investorların cəlb edilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR