Bank Of Baku

Azərbaycanda ümumi bank kreditləşməsində riskli kreditlərin payı kəskin azalıb

Azərbaycanda ümumi bank kreditləşməsində riskli kreditlərin payı kəskin azalıb
# 05 noyabr 2008 13:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-standart kreditlərinin ümumi kreditləşmədə xüsusi çəkisi cari ilin oktyabr ayının 1-nə 4,5% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu göstərici il ərzində 4,9 faiz bəndi, ilin əvvəlindən isə 3,6 faiz bəndi azalıb.
Ümumilikdə, qeyri-standart kreditlərin xüsusi çəkisinin son illər ərzində müntəzəm azalması tendensiyası müşahidə olunur:




Qeyd edək ki, qeyri-standart kreditlər bankların müəyyən etdiyi qayda və tələblərinə tam cavab verməyən borcalanlara verilən kreditlərdir və adi kreditlərlə müqayisədə daha risklidir ( bəzən bunlar «istisna kreditləri» adlandırılır».
Cədvəldən göründüyü kimi, Azərbaycanda banklar tərəfindən riskli, ənənəvi tələblərə cavab verməyən, qaydalardan kənar fərdi şəkildə istisna kimi verilən kreditlərin verilməsi kəskin şəkildə azaldılıb. Bank sisteminin sağlamlığının artırılması baxımından bu proses müsbət hal kimi qiymətləndirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR