Bank Of Baku

«AzSığorta» ilin sonunadək nizamnamə kapitalını iki dəfə artıracaq

«AzSığorta» ilin sonunadək nizamnamə kapitalını iki dəfə artıracaq
# 06 noyabr 2008 06:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti 2008-ci il ərzində nizamnamə kapitalını 2 dəfə artıraraq 4 mln. manata çatdıracaq.
Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, kapitallaşmanın artırılması məqsədi ilə elan edilən 2 mln. manatlıq əlavə səhm emissiyasının ödənilməsi prosesi dekabrda yekunlaşacaq.
Şirkət rəsmisi həmçinin vurğulayıb ki, hazırda parlamentdə müzakirə olunan «Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında» qanun layihəsi xüsusi əhəmiyyətə malikdir. «Bu qanunun qəbulu nəticəsində bankların, sığorta və təkrarsığorta şirkətlərinin mənfəətinin kapitallaşmaya yönəldilən hissəsinin vergidən azad edilməsi ölkə iqtisadiyyatının inkişafına, o cümlədən sığorta sektorunun stimullaşdırılmasına təkan verəcək. Bu baxımdan şirkətimiz növbəti illərdə də nizamnamə kapitalını artırmağı planlaşdırır», - deyə X.Məmmədxanlı vurğulayıb.
Qeyd edək ki, qanun layihəsində nəzərdə tutulan mənfəət vergisi üzrə güzəştlər 2009-cu ilin yanvarın 1-dən qüvvəyə minə bilər, güzəştlərin müddəti isə üç il olacaq.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Bu ilin yanvar-sentyabr aylarında şirkətin sığorta haqlarının həcmi 7,20 mln. manat, ödənişləri isə 1,35 mln. manat təşkil edib. Cari noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR