Bank Of Baku

Azərbaycanın dövlət qiymətli kağızlar bazarında brokerlərin oktyabr renkinqinə «Standard Capital» şirkəti başçılıq edir

Azərbaycanın dövlət qiymətli kağızlar bazarında brokerlərin oktyabr renkinqinə «Standard Capital» şirkəti başçılıq edir
# 06 noyabr 2008 07:20 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatları istisna olmaqla) brokerlərin 2008-ci ilin oktyabr ayı üzrə tərtib olunmuş renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Standard Capital» şirkəti başçılıq edir. Şirkət ötən ay 6 müştəriyə ümumilikdə 94,177 mln. manat dəyərində broker xidmətləri göstərib.
Bakı Fond Birjasının analitik şöbəsindən verilən məlumata görə, renkinqdə ikinci yeri 6 müştəriyə ümumilikdə 52,179 mln. manat broker xidmətləri göstərmiş «UniCapital» şirkəti tutub. Bu göstərici birinci yeri tutan brokerin analoji göstəricisindən təxminən 42 mln. manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 37,141 mln. manat göstəricisi ilə «YapıKredi Invest» şirkəti qərarlaşıb.
Qeyd edək ki, brokerlərin oktyabr renkinqində liderlik edən şirkətin fəaliyyət göstəricisi əvvəlki ayın maksimal göstəricisi ilə müqayisədə təxminən 66,5 mln. manat artıb. Bundan başqa, oktyabr ayında dövlət qiymətli kağızlar sektorunda xidmət göstərmiş brokerlərin sayı 8-dən 9-a yüksəlib.

Mövqe

(sentyabr)

Mövqe

(oktyabr)

Brokerlər

Müştərilərin sayı

(sentyabr)

Müştərilərin sayı (oktyabr)

Əməliyyatların həcmi (AZN)

1

1

Standard Capital

4

6

94 177 096,60

6

2

UniCapital

4

6

52 179 197,82

2

3

YapıKredi Invest

1

1

37 141 138,98

7

4

Texnika Capital Management

5

4

23 301 155,46

5

5

Azerintertrade

3

3

22 558 647,50

3

6

Respublika Invest

5

5

22 299 003,28

4

7

BoB Broker

1

1

14 002 591,46

8

8

Brokdil-Az

1

1

12 415 543,30

-

9

Capital Partners

-

1

1 998 909,00

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR