Bank Of Baku

Azərbaycanın dövlət qiymətli kağızlar bazarında dilerlərin oktyabr renkinqinə «Azər-Türk Bank» başçılıq edir

Azərbaycanın dövlət qiymətli kağızlar bazarında dilerlərin oktyabr renkinqinə «Azər-Türk Bank» başçılıq edir
# 06 noyabr 2008 07:29 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatları istisna olmaqla) 2008-ci ilin oktyabr ayında aparılmış əməliyyatların həcminə görə dilerlərin renkinqinə «Azər-Türk Bank» başçılıq edir. Hesabat ayında diler ümumi dəyəri 2,6 mln. manat əməliyyatlar həyata keçirib. Bu barədə «APA-Economics»ə Bakı Fond Birjasının analitik şöbəsindən məlumat verilib.
BFB-dan bildirilib ki, sentyabr ayında tərtib olunmuş renkinqlə müqayisədə dilerlərin maksimal həcm göstəricisi təxminən 1 mln. manat azalıb. Bununla yanaşı, bazarda aktiv fəaliyyətlə məşğul olan dilerlərin sayı da 1-dən 2-yə çatıb.

Mövqe

(sentyabr)

Mövqe

(oktyabr)

Dilerlər

Əməliyyatların həcmi (AZN)

1

1

Azər-Türk Bank

2 580 327,14

-

2

Standard Capital

1 975,80

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR