Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev: «Nazirliyin nəzdində daxili nəzarət qurumunun yaradılmasına ehtiyac var»

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev: «Nazirliyin nəzdində daxili nəzarət qurumunun yaradılmasına ehtiyac var»
# 06 noyabr 2008 08:36 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Ş.Mustafayevin sözlərinə görə, hazırda nazirliyin bir sıra strukturunda araşdırmalar aparılır: «Bu son tədbir hesab olunmur, İqtisadi İnkişaf Nazirliyi əsassız yoxlamalar aparmaqla deyil, sahibkarlara kömək etməlidir. Nöqsanlar və qanun pozuntuları qısa müddətdə aradan qaldırılacaq».
Ş.Mustafayev nazirliyin strukturlarında müəyyən islahatlar aparılmasının vacibliyini bildirib: «Nazirliyin nəzdində daxili nəzarət qurumunun yaradılmasına ehtiyac var. Bu qurum vasitəsi ilə nazirliyin nəzdindəki strukturlara nəzarət olunacaq».
Nazir həmçinin bildirib ki, Antiinhisar Dövlət Xidmətinin fəaliyyəti də təkmilləşdiriləcək. Nazir həmçinin Sahibkarlığa Kömək Milli Fondunda olan nöqsanların aradan qaldırılacağını qeyd edib: «Bu fondun maliyyələşdirdiyi layihələr effektiv olmalı, kreditlərin verilməsində şəffaflıq təmin olunmalı, eyni zamanda regionlara diqqət yetirilməlidir».
Qeyd edək ki, ötən həftə dövlət başçısı iqtisadi inkişaf naziri vəzifəsinə vergilər nazirinin I müavini Şahin Mustafayevi təyin edib.
Bu həftənin əvvəlində isə yeni nazirin əmri ilə İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən üç qurumun rəhbəri - Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində çalışan Xaliq Məmmədov, Antiinhisar Dövlət Xidmətinin rəisi Elçin Zeynalov və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Aslan Cəfərov tutduğu vəzifəsindən azad edilib. Hər üç quruma rəhbərlik müvəqqəti olaraq həmin strukturların başçılarının müavinlərinə həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR