Azərbaycan parlamenti 2009-cu il dövlət büdcəsinin layihəsinin ilkin müzakirəsinə başlayıb - YENİLƏNİB
S.Şərifov qeyd edib ki, 2009-cu ilin dövlət büdcəsinin gəlirləri ÜDM-nin 27,9%-i səviyyəsində və ya 12 177 mln. manat, xərcləri isə ÜDM-nin 28,3% və ya 12 355 mln. manat həcmində proqnozlaşdırılır. Bununla da gələn il büdcənin gəlirlərinin 2008-ci ilin analoji göstəricisinə nisbətən 16,1%, xərclərin isə 1,4% artacağı gözlənilir.
Büdcənin gəlir hissəsinin formalaşması prosesi çərçivəsində Vergilər Nazirliyi üçün daxilolmalar üzrə illik proqnoz 5 750 mln. manat (illik artım - 6,9%), Dövlət Gömrük Komitəsi üçün 1 300 mln. manat (artım - 17,1%), Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət mülkiyyətindəki obyektlərin icarəyə verilməsindən 4,7 mln. manat (artım - 34,3%) səviyyəsində müəyyənləşdirilib.
Dövlət büdcəsinə digər mənbələrdən 5 122,3 mln. manat vəsaitin daxil olacağı proqnozlaşdırılır. Bunun 40,4%-ni Dövlət Neft Fondunun transferti, 1,1%-ni büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, 0,6%-ni digər daxilolmalar təşkil edəcək.
S.Şərifov bildirib ki, dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər 6 655,5 mln. manat, əsaslı xərclər 5 609,4 mln. manat, kreditlər üzrə borclara, faizlərə xidmətlə bağlı xərclər 90,1 mln. manat səviyyəsində nəzərdə tutulub.
İcmal büdcə barədə məlumat verən maliyyə naziri qeyd edib ki, gələn il üçün icmal büdcənin gəlirləri 22 680,1 mln. manat (artım - 29,9%), xərcləri isə 14 758 mln. manat (artım - 15,5%) həcmində proqnozlaşdırılır. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 1 775,5 mln. manat (artım - 26,3%), Dövlət Neft Fondunun xərcləri isə 5 676,3 mln. manat (artım - 29,9%) nəzərdə tutulub. İcmal büdcə profisitlə proqnozlaşdırılsa da, Neft Fondunun gəlirləri nəzərə alınmadan, kəsiri 6 645,4 mln. manat və ya nəzərdə tutulan ÜDM-nin 15,2%-i həcmində olacaq. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan MR-nın büdcəsinin gəlir və xərcləri bərabər olaraq 272,7 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2008-ci il ilə müqayisədə 53,9 mln. manat çoxdur.
İqtisadi inkişaf naziri Şahin Mustafayev isə çıxışında qeyd edib ki, gələn il ÜDM-nin 18,9% artaraq 43,6 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır. Neft sektorunda bu artım 24,4%, qeyri-neft sektorunda isə 10,5% olacaq. Qeyri-dövlət sektorunun ÜDM-də xüsusi çəkisi 88% təşkil edəcək. ÜDM-nin adambaşına düşən həcmi isə iki dəfə artaraq 7 143 dollara çatacaq: «Gələn il Azərbaycan iqtisadiyyatına 8,4 mlrd. manat investisiya qoyuluşu gözlənilir ki, bunun da 6,5 mlrd. manatını daxili investisiyalar təşkil edəcək».
Hesablama Palatasının sədri Heydər Əsədov isə bildirib ki, dünya bazarında baş verən hadisələr fonunda büdcə daha çox makroiqtisadi idarəetməyə dəstək verməlidir: «Müzakirəyə təqdim olunan büdcə zərfində bu amil nəzərə alınır. Büdcə zərfinin parametrləri gələn il də əlverişli olmayan aktivlərin tənzimlənməsi, bank kapitalına köməklik göstərilməsi, maliyyə bazarında likvidliyin möhkəmlənməsi, çevik monetar siyasətinin və s. həyata keçirilməsinə imkan verəcək».
H.Əsədov onu da bildirib ki, dünya birjalarında neftin qiymətinin hətta 50 dollaradək enməsi Azərbaycanın dövlət büdcəsinin icrasına heç bir təhlükə yaratmayacaq: «Neftin qiymətinin düşməsi maliyyələşən investisiya layihələrində mal və materialların qiymətinin eyni olmasa da adekvat şəkildə aşağı düşməsinə imkan yaradacaq. İkincisi, büdcə gəlirlərinin əsas hissəsi çox da neftdən asılı olmayan gəlirlərdir. Büdcənin 85-90%-nə neftin qiymətinin dəyişməsi təsir göstərməyəcək».
Daha sonra millət vəkilləri dövlət büdcəsinin layihəsinə öz rəylərini bildiriblər. Ümumilikdə, 2009-cu ilin dövlət büdcəsi layihəsinin müsbət hesab olunaraq Milli Məclisin iclasında müzakirəyə çıxarılması tövsiyə olunub.
Qeyd edək ki, sabah büdcə layihəsi həmçinin sosial siyasət, regional məsələlər, elm və təhsil məsələləri, mədəniyyət məsələləri, insan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyalarının birgə iclasında müzakirə olunacaq.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.
AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb
İranın Xarq adası yaxınlığında partlayış olub
FHN-in xilasediciləri yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaşı xilas edib - VİDEO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb
Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib
Səfir: Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri ilə bağlı konfrans keçirilib
Sabahın hava proqnozu: Bakıda yağış yağacaq
Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 749 faizini təşkil edib
Binədə mağazada yanğın baş verib - VİDEO
Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO
İran: Əfqanıstanla sərhəddə silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib
Müvəqqəti işlər vəkili: ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
Apreldə çiyələk ixracı 5 dəfə artıb
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
İran milli komandasının bəzi üzvləri və məsul şəxsləri ABŞ-dan viza ala bilməyib
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib - VİDEO - FOTO
Borca görə axtarışda olan 111 nəfər saxlanılıb
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Leninqrad vilayəti üzərində 140-dan çox Ukrayna dronu vurulub
Azərbaycan nefti 99 dollar səviyyəsində ticarət olunur
"Bitcoin"in qiyməti 61 min dollardan aşağı enib