Bank Of Baku

«Parabank» paytaxtda daha bir filial açıb

«Parabank» paytaxtda daha bir filial açıb
# 06 noyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «Parabank» Səhmdar Kommersiya Bankının «Nəsimi» filialı açılıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sayca 12-ci olan «Nəsimi» filialı Bakı şəhəri, Rəsulzadə qəsəbəsi,15-ci sıra, ev 83/115 ünvanda yerləşir.
Yeni filial fiziki və hüquqi şəxslərə hesablaşma-kassa xidmətləri, depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, sürətli pul köçürmələri və digər bank xidmətləri təklif edir.
Qeyd edək ki, bankın respublika üzrə fəaliyyət göstərən filiallarının 8-i Bakıda yerləşir.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 62,1 mln. manat, kredit portfeli 39,2 mln. manat, depozit portfeli 33,3 mln. manat, məcmu kapitalı 11,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,394 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR