Bank Of Baku

Azərbaycanın «Ceyranbatan Sutikintitəchizat» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsində yerli fiziki şəxs qalib elan olunub

Azərbaycanın «Ceyranbatan Sutikintitəchizat» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsində yerli fiziki şəxs qalib elan olunub
# 06 noyabr 2008 10:18 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Ceyranbatan Sutikintitəchizat» ASC-nin səhmlərinin satışı üzrə keçirdiyi investisiya müsabiqəsində ölkə vətəndaşı olan fiziki şəxs qalib gəlib.
Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə iştirak edən iddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, işçilərin sosial təminatının daha da yaxşılaşdırılması, anbar təsərrüfatı işinin müasir tələblər səviyyəsində qurulması kimi məsələlərin həllini özündə əks etdirən, həmçinin investisiya qoyuluşlarına dair təkliflərin verilməsi olub.
Müsabiqə nəticəsində qalib gəlmiş investorun təqdim etdiyi İnvestisiya Proqramına uyğun olaraq səhmdar cəmiyyətinə 3 ay ərzində 50 min manat həcmində investisiya qoyuluşu həyata keçiriləcək. Bu investisiyalar mövcud anbar təsərrüfatının müasir norma və tələblər əsasında qurulmasına və göstəriləcək xidmətlərin yaxşılaşdırılmasına yönəldiləcək. Müsabiqənin digər şərtlərinə əsasən, investor 70 min manat məbləğində vəsaiti dövlət büdcəsinə köçürülməsini təmin etməlidir. Bununla yanaşı, yeni iş yerlərinin açılması, işçilərin əmək haqlarının artırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR