Bank Of Baku

Bakı-Ceyhan kəməri, «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» layihələri üzrə istismar risklərini «Paşa Sığorta» şirkəti sığortalayacaq

Bakı-Ceyhan kəməri, «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» layihələri üzrə istismar risklərini «Paşa Sığorta» şirkəti sığortalayacaq
# 06 noyabr 2008 10:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti «BP-Azerbaijan» şirkəti tərəfindən «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» kimi strateji enerji layihələri, həmçinin Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin istismar riskləri sahəsində xidmət üzrə milli sığorta tərəfdaşı seçilib.
«Paşa Sığorta»dan «APA-Economics»ə verilən məlumata görə, bu qərara əsasən, hazırda şirkət tərəfdaşları ilə birlikdə 2008-2009-cu illər üçün qeyd olunan layihələrdə əməliyyat, məsuliyyət və terrorizm riskləri, həmçinin boru kəməri layihəsində əmlak riskləri üzrə təminat verən sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsi prosesini yekunlaşdırır.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Bu ilin yanvar-sentyabr aylarında şirkətin sığorta daxilolmalarının həcmi 6,56 mln. manat, ödənişləri isə 4,98 mln. manat olub. Şirkətin Azərbaycanın sığorta bazarında iştirak payı sığorta haqları üzrə 4,4%, ödənişlər üzrə isə 12,3% təşkil edib. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manata, məcmu kapitalı isə 11,5 mln. manata bərabər olub. Hazırda şirkət 30 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR