Bank Of Baku

Gələn il Azərbaycanda inflyasiya 14%-dən artıq olmayacaq

Gələn il Azərbaycanda inflyasiya 14%-dən artıq olmayacaq
# 06 noyabr 2008 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycanda inflyasiyanın 12-14% səviyyəsində olacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsində iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Ş.Mustafayevin sözlərinə görə, ortamüddətli perspektivdə isə ölkədə inflyasiyanın bir rəqəmli həddə enəcəyi proqnozlaşdırılır. İnflyasiyanın təsirinin azaldılması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 2009-2013-cü illərdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır: «Əhalinin gəlirlərinin 2009-cu ildə 22,5% artırılaraq 22,7 mlrd. manata, orta aylıq əməkhaqqının 26% artırılaraq 353,5 manata çatacağı proqnozlaşdırılır. Pensiyaların baza hissəsinin 80 manata, ehtiyac meyarının 60 manata çatdırılması nəzərdə tutulur».
Nazir onu da qeyd edib ki, 2009-2012-ci illər üçün Dövlət İnvestisiya Proqramı üzrə xərclərin ümumi məbləği 22,4 mlrd. manat, 2009-cu ildə isə 4,7 mlrd. manat olacağı gözlənilir.
Xatırladaq ki, ölkə hökuməti 2008-ci ildə Azərbaycanda inflyasiyanın 18%-dən çox olmayacağını proqnozlaşdırsa da, artıq bu ilin yanvar-sentyabr aylarında illik inflyasiya 21,5%-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR