Bank Of Baku

Azərbaycanda 9 aylıq bank kassa dövriyyəsinin mədaxili 31,6%, məxarici isə 31,1% artıb

Azərbaycanda 9 aylıq bank kassa dövriyyəsinin mədaxili 31,6%, məxarici isə 31,1% artıb
# 06 noyabr 2008 13:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sisteminin məcmu kassa dövriyyəsinin 2008-ci ilin yanvar-sentyabr ayları üzrə mədaxili 14 009 673,1 min manat, məxarici isə 14 934 434,2 min manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, nəticədə, ötən ilin eyni dövrü ilə müqayisədə kassa mədaxili 31,6%, məxarici isə 31,1% artıb.
Hesabat dövründə Azərbaycanda bank sistemi vasitəsi ilə pul emissiyasının həcmi 843 939,0 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5% çoxdur. Qeyd edək ki, dövrün sonuna mədaxil üzrə bank əməliyyat kassa qalığı 122 798,2 min manat, məxaric üzrə isə 141 976,1 min manat təşkil edib.
Mədaxil hissəsində əsas yeri valyuta satışı (xüsusi çəkisi - 27,69%), qeyri-dövlət müəssisələrdən mədaxil (20,47%) və əhalinin əmanətləri (12,71%) tutub.
Məxaricin strukturunda əsas hissəni qeyri-dövlət müəssisələrinin ödənişləri (33,64%), əhalinin əmanətləri (11,59%), xarici valyutanın alınması (11,24%) təşkil edib.
Qeyd edək ki, bank sistemində gündəlik kassa mədaxili 51 130,0 min manata, məxarici isə 54 505,0 min manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR