Bank Of Baku

Elman Rüstəmov: «Azərbaycan büdcəsinin neft gəlirlərinin 75%-i qiymət dəyişməsindən qorunur»

Elman Rüstəmov: «Azərbaycan büdcəsinin neft gəlirlərinin 75%-i qiymət dəyişməsindən qorunur»
# 06 noyabr 2008 14:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan dövlət büdcəsinə daxil olan neft gəlirlərinin təxminən 75%-i dünya bazarında müşahidə olunan qiymət dəyişməsindən qorunur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
«Gələn ilin dövlət büdcəsi makroiqtisadi baxımdan bugünkü çağırışlara və cari məqsədlərə cavab verir. Büdcə xərclərinin müəyyən qədər məhdudlaşdırılması dünya maliyyə və əmtəə bazarlarında baş verən proseslərə adekvat cavabdır», - deyə AMB rəhbəri vurğulayıb.
Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsində neftin baza qiyməti 1 barel üçün 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Qeyd edək ki, 2009-cu ilin dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri isə 12 355 mln. manat həcmində proqnozlaşdırılır. Bu isə cari ilin analoji proqnozları ilə müqayisədə müvafiq olaraq 16,1% və 1,4% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR