Bank Of Baku

Azərbaycan Milli Bankı ölkənin ümumi xarici borcunu qiymətləndirir

Azərbaycan Milli Bankı ölkənin ümumi xarici borcunu qiymətləndirir
# 06 noyabr 2008 14:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) ölkənin özəl sektoru da daxil olmaqla, ümumi xarici borcunu qiymətləndirməyə başlayıb. «APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, bu gün Azərbaycanın xarici aktivləri məcmu xarici borcundan 1,8 dəfə çoxdur: «Azərbaycan makroiqtisadi baxımdan borcunu təxminən 2 dəfəyə qədər bağlaya bilir. Belə şəraitdə Azərbaycanda maliyyə böhranının olması qeyri mümkündür».
E.Rüstəmov onu da əlavə edib ki, AMB Qazaxıstanın bank sektorunda baş verənləri müşahidə edərək yerli banklara xaricdən maliyyə axınlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüb. Bununla da faktiki olaraq ölkəyə kənardan vəsaitin gəlməsinin qarşısı alınıb.
Qeyd edək ki, Azərbaycan banklarının xarici borc öhdəlikləri təxminən 2 mlrd. ABŞ dolları, xarici dövlət borcu 2,5 mlrd. dollar, valyuta ehtiyatları isə təxminən 17 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR