Bank Of Baku

Azərbaycan gələn il dövlət büdcəsindən əsaslı xərcləri artıracaq

Azərbaycan gələn il dövlət büdcəsindən əsaslı xərcləri artıracaq
# 07 noyabr 2008 06:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda gələn il dövlət büdcəsindən əsaslı xərclərə 5 609,4 mln. manat vəsaitin yönəldilməsi nəzərdə tutulub ki, bu da 2008-ci il ilə müqayisədə 7,5% çoxdur. Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyindən məlumat verilib.
Əsaslı xərclərin birbaşa dövlət əsaslı vəsait qoyuluşu xərclərinə yönəldilən hissəsi 4 718 mln. manat təşkil edəcək. Bu da 2008-ci ilə nisbətən 9,1% çoxdur. Bu vəsait əsasən Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan proqramların və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Dövlət əsaslı xərclərin 891,4 mln. manatı isə dövlət büdcəsinin müvafiq xərc bölmələrində əksini tapmaqla, sosial, mədəni, inzibati, istehsalat təyinatlı bina və qurğuların, yolların yenidən qurulması, təmirinə, qeyri-maddi aktivlərin alınmasına yönəldiləcək. Bu vəsait 2008-ci ilə nisbətən 0,2% azdır.
Dövlət əsaslı vəsait qoyuluşu xərcləri 2009-cu ildə tamamlanması nəzərdə tutulan sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər infrastrukturların, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, ölkənin müdafiə, milli təhlükəsizlik, sərhəd və digər tədbirləri üzrə əsaslı işlərin görülməsinə yönəldiləcək.
Qeyd edək ki, artıq Azərbaycan parlamentinə təqdim olunmuş 2009-cu ilin dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri isə 12 355 mln. manat həcmində proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR